Serbiya hərbi gücünü növbəti il yarım ərzində təxminən iki dəfə artırmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Serbiya növbəti il yarım ərzində hərbi gücünü təqribən iki dəfə
artırmağı nəzərdə tutur.

Trend xəbər verir
ki, bunu ölkə Prezidenti Aleksandar Vuçiç Milli Təhlükəsizlik
Şurasının iclasının yekunlarına dair açıqlamasında bildirib.

Vuçiç deyib: “Qarşıdakı dövrdə müdafiə imkanlarımız əhəmiyyətli
dərəcədə gücləndiriləcək. Növbəti il yarım ərzində hərbi gücümüzü,
demək olar, iki dəfə artıracağıq”.




Prezidentin sözlərinə görə, iclasda ordunun və ölkənin müdafiə
potensialının gücləndirilməsi üçün növbəti addımlar müzakirə
olunub. “Hərbi sənayeyə əlavə sərmayələr qoyulacaq, silahların
əhəmiyyətli hissəsi ölkəmizdə istehsal olunacaq, bir hissəsini isə
xaricdən alacağıq”, – o əlavə edib.

Vuçiç həmçinin strateji ehtiyatların yaradılması barədə yeni
qərarlardan danışıb: “Bura təkcə ərzaq deyil, həm də döyüş
sursatları aiddir və onlar yüksək səviyyədə olmalıdır”.

Onun açıqlamasına görə, şəxsi heyətin sayı 30 %, hərbi güc isə
100 % artırılacaq. Prezident bildirib ki, bu addım ölkənin
müdafiəsinin etibarlı yolu və çəkindirmə amili olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir