
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə
Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında
telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezident
Administrasiyasının Kommunikasiya İdarəsi xəbər verib.
Məlumata sasən, danışıq zamanı tərəflər ikitərəfli
münasibətlərin hazırkı vəziyyətini, eləcə də aktual regional və
beynəlxalq məsələləri müzakirə ediblər.
R.T. Ərdoğan Ankaranın Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında
əməkdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmək istəyini
vurğulayıb.
O, həmçinin Türkiyənin Somali və Yəməndəki vəziyyəti yaxından
izlədiyini qeyd edərək, bölgədə sabitliyin təmin edilməsi üçün bu
ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyini
vurğulayıb.

