
Bakı. Trend:
Qətərin Azərbaycandakı keçmiş səfiri Feysəl bin Abdullah
Əl-Hənzəb Türkiyəyə səfir təyin edilib.
Trend-in
məlumatına görə, onun təyinatı ilə bağlı qərar Qətər əmiri Şeyx
Təmim bin Həməd Al-Sani tərəfindən verilib.
Məlumata görə, Əl-Hənzəb diplomatiya sahəsində təcrübəyə
malikdir və Qətərin xarici işlər nazirinin xüsusi elçisi vəzifəsi
də daxil olmaqla, bir çox vəzifələrdə çalışıb.

