
Bakı. Trend:
Xocavənd rayonunun Cütcü və Qarazəmi kəndlərində fərdi yaşayış
evlərinin təmirinə başlanılır.
Trend-in
məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri
yekunlaşdırıb.
Məlumata əsasən, təmir işləri Cütcü kəndində 40 evi (7600m2),
Qarazəmi kəndində isə 20 evi (3800m2), yəni ümumilikdə 60 evi əhatə
edəcək.
Qurum birinci qeyd olunan kənddəki evlərin təmiri işlərini
“Kapital-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC), ikinci
kənddəkini isə “Everest Qrup” MMC-yə həvalə edib və müqavilələr
bağlayıb.
Bağlanılmış müqavilələrin ümumi dəyəri 3,982 milyon manat
həcmində müəyyənləşib.
Beləliklə, 1 evin təmiri 66,4 min manata başa gələcək.

