Bayram günlərində zəhərlənmələrlə bağlı statistika açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bayram tətili günlərində (31.12.2025-05.01.2026-cı il tarixinə
qədər) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə
zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.

Bildirilib ki, müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı
(rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-sı isə sirkə
turşusundan zəhərlənən şəxslərdir.




Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator
müalicə üçün evə buraxılıblar.

Ölüm faktı qeydə alınmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir