Paşinyan kilsə islahatlarına başlanıldığını elan edib

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin
Katolikosunun istefasını tələb edən yepiskopların iştirakı ilə
kilsədə islahatların aparılması ilə bağlı yol xəritəsinə dair
bəyannamənin mətnini qəbul edib.

Trend bu barədə
Ermənistan KİV-ə istinadən xəbər verir.

Bəyannaməyə görə, onlar Ermənistanın Apostol Kilsəsində
islahatlar üzrə proqramın icrasına hazırlaşırlar.




Bu proqrama əsasən, ilk addım kimi islahat proqramının ictimai
elan edilməsi nəzərdə tutulur, bundan sonra Katolikos vəzifəsindən
kənarlaşdırılmalıdır.

Ardınca, proqramda göstərildiyi kimi, Katolikosun yerini
müvəqqəti icra edəcək şəxsin seçkiləri keçirilməli, daha sonra isə
“müəyyən edilmiş prinsiplərin qorunub saxlanılması mexanizmlərini,
maliyyə şəffaflığının təmin olunmasını və ruhanilərin lazımi
davranış normalarını” təsbit etməli olan kilsə nizamnaməsi qəbul
edilməlidir.

Bəyannaməyə əsasən, yekun mərhələdə “təsbit olunmuş prosedura
uyğun olaraq” bütün ermənilərin Katolikosu seçkiləri
keçirilməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir