2 il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən olunub – Birgə məlumat

Baş səhifə

Bakı.Trend:

Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o
cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması
məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət
qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.

Trend xəbər
verir ki, bununla bağlı Baş Prokurorluq və Daxili İşlər
Nazirliyinin birgə məlumatında deyilir.

Bildirilib ki, həyata keçirilən tədbirlərin davamı olaraq,
Xaçmaz rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının
birgə fəaliyyəti nəticəsində 2023-cü ilin yanvar ayında itkin
düşmüş Xaçmaz rayonu sakini, 1987-ci il təvəllüdlü Əmirəddin
Əkbərovun qəsdən öldürülməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1975-ci il
təvəllüdlü Surəddin Həsənalıyevin aralarında yaranmış mübahisə
zamanı Əmirəddin Əkbərovu odlu silahdan atəş açaraq qəsdən
öldürməsi və cinayətin izlərini itirmək üçün meyiti basdırmasına
əsaslı şübhələr müəyyən edilib.




Əmirəddin Əkbərovun meyitinin basdırıldığı yer müəyyən olunaraq
prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb,
aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim
edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Surəddin Həsənalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq
istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs
qismində tutulub.

Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam
etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir