Qaradağda günəş elektrik stansiyasının tikintisinə icazənin müddəti uzadılıb

Baş səhifə

Bakı. Trend:

Qaradağ rayonunda bərpa olunan enerji mənbələrinin ərazisində
günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin
uzadılıb.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov 2025-ci il dekabrın
30-da müvafiq Qərar imzalayıb.




Qərara əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi
ərazisində yerləşən bərpa olunan enerji mənbələrinin ərazisi kimi
müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyasının
tikintisinə icazə alınmasının müddəti 1 il müddətinə uzadılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə
verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə
verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu
barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir