Şuşakənd ilk əsgərini qarşıladı (FOTO)

Baş səhifə

Xocalı. Trend:

Xocalı rayonunun Şuşakənd kəndi ilk əsgərini qarşılayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, kəndin ilk əsgəri Famil Hüseynov hərbi xidmətini başa
vuraraq, doğma yurduna qayıdıb.

Bu əlamətdar hadisə Şuşakənd sakinləri üçün təkcə bir ailənin
sevinci deyil, həm də illərlə həsrətində olduqları vətənə
qayıdışın, dirçəlişin və davamlı həyatın rəmzi kimi
dəyərləndirilir.




Qeyd edək ki, əsgər Hüseynov Famil Ağcabədi rayonundan hərbi
xidmətə yola düşüb. Xidmətini başa vuran Familin qarşılanması
Şuşakənddə duyğulu anlarla yadda qalıb.

Bu hadisəni daha da mənalı edən maraqlı bir tarixi paralel də
var. Familin atası Hüseynov Kamal da 38 il əvvəl elə bugünkü
tarixdə hərbi xidmətini başa vuraraq məhz bu kəndə qayıdıb.

Famil Hüseynovun doğma yurda dönüşü, əslində Şuşakəndin
gələcəyinə atılan ümidli bir addımdır. Bu tarixi gün həm bir
ailənin qüruru, həm də azad Şuşakəndin yeni həyatının simvolu kimi
yaddaşlara yazıldı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir