
Bakı. Trend:
“Azər-Asiya Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti
(ASC) ləğv edilir.
Trend xəbər
verir ki, bu barədə ASC özü məlumat yayıb.
Belə ki, fevralın 2-də “Azər-Asiya Müştərək Sığorta Şirkəti”
Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbədənkənar ümumi
yığıncağı keçiriləcək.
Ümumi yığıncağın gündəliyinə cəmiyyətin ləğv edilməsi və bundan
irəli gələn məsələlərin həll edilməsi daxil edilib.
“Azər-Asiya Müştərək Sığorta Şirkəti” ASC 2007-ci ildə dövlət
qeydiyyatına alınıb. Nizamnamə kapitalı 800 000 manat olan ASC-nin
qanuni təmsilçisi Hacıyev Aftandil Əsgər oğludur.

