
Bakı. Trend:
Vətəndaşlara təqdim olunan rəqəmsal sənəd və məlumatların əhatə
dairəsinin genişləndirilməsi məqsədilə “mygov” platformasında daha
bir yenilik istifadəyə verilib. Artıq Azərbaycan vətəndaşları öz
aktiv pasportları üzrə ölkədən çıxış və ölkəyə giriş məlumatlarını
“mygov”
platforması üzərindən əldə edə bilirlər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən Trend-ə verilən
məlumata görə, yenilik vətəndaşlara sərhədkeçmə məlumatlarını daha
rahat və çevik şəkildə izləmək imkanı yaradır. Məlumat həm veb
platformada, həm də mobil tətbiqdə əlçatandır.
Məlumatı əldə etmək üçün:
- Platformanın əsas səhifəsində “Xidmətlər” bölməsinə keçid
edilir; - “Şəxsi” kateqoriyası seçilir;
- “Sərhədkeçmə
məlumatlarım” bölməsinə klik edilir; - Əgər müvafiq məlumatlar mövcuddursa, ekranda əks olunur;
- Müvafiq məlumata daxil olmaqla, detallı məlumatlar əldə
edilir.
Qeyd edək ki, xidmət vətəndaşın yalnız Azərbaycana giriş və
Azərbaycandan çıxış məlumatlarını göstərir. Xarici ölkələrin
sərhədkeçmə məlumatları mövcud deyil.
“mygov” mobil tətbiqini yükləmək üçün keçid: App Store | Play Store

