Zığ şosesində yol hərəkətində dəyişiklik edilərək yeni svetoforlar quraşdırıldı

Baş səhifə

Bakı.Trend:

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın
bir sıra ərazilərində yeni nəqliyyat və piyada svetoforları
quraşdırılıb.

Trend xəbər
verir ki, bu barədə NİİM məlumat yayıb.

Bildirilib ki, yeni svetoforlar bu yollarda istifadəyə
verilib:

1. Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin
kəsişməsində;




2. Xətai rayonu, “NSZ” qəsəbəsi, Rəşid Bağırov küçəsi ilə Oktay
Vəliyev küçəsinin kəsişməsində;

3. Nərimanov rayonu, Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev
küçəsinin kəsişməsində.

Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının
təhlükəsizliyi təmin edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir