Masallıda evlərdən oğurluq edən şəxs saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə
alınıb. Naməlum şəxs rayon ərazisində mənzillərdən birinə qanunsuz
daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili
yandıracağı ilə hədələyib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ​Trend-ə verilən məlumata
görə, o, bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət
əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil
telefonu ələ keçirərək hadisə yerindən qaçıb.




Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum
olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir