“Araz-Naxçıvan”ın məşqçilər heyəti müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun
köməkçiləri müəyyənləşib.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




Ukraynalı çalışdırıcının fikizi hazırlıq üzrə köməkçisi Rikkardo
De Vivo olacaq. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı
fitnes-məşqçisinin son klubu Tbilisi “Dinamo”su olub. İtaliyalı
mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya”
(Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi”
(Yunanıstan) və s. klublarında da işləyib. Digər köməkçilər
Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran
İsmayılov olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir