
Bakı. Trend:
“Google” və “ChatGPT”in Azərbaycan üzrə bazar payı məlum
olub.
Trend-in
“Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə, ötən
ilin dekabr ayında “Google”un Azərbaycandakı bazar payı 99.53 faiz
bəndi təşkil edib.
Məlumata əsasən, bu göstərici aylıq ifadədə 0.12 faiz bəndi
artıb. Belə ki, ötən ilin noyabr ayında “Google”un Azərbaycandakı
bazar payı 99.41 faiz bəndinə bərabər idi.
Hesabat dövründə “ChatGPT”in Azərbaycan üzrə bazar payı isə 0.47
faiz bəndi təşkil edib ki, bu da ötən ilin noyabr ayındakı
göstəriciyə nisbətən 0.12 faiz bəndi çoxdur.
Ötən ilin noyabr ayında “ChatGPT”in Azərbaycan üzrə bazar payı
0.59 faiz bəndi idi.

