
Bakı. Trend:
Ötən ilin dekabr ayında “Android” əməliyyat sisteminin
Azərbaycan üzrə bazar payı əvvəlki aya nisbətən 3,95 faiz azalaraq
29,03 faiz bəndi təşkil edib.
Trend bu
barədə “Global Stats” statistika mərkəzinə istinadən xəbər
verir.
Məlumata görə, “Microsoft Windows” məhsulları Azərbaycan
əməliyyat sistemi bazarında ikinci yeri tutub və onların payı ötən
ilin noyabr ayı ilə müqayisədə dekabrda 0,29 faiz azalaraq 38,55
faiz bəndi olub.
Siyahıda növbəti pillədə 8,64 faiz bəndi bazar payı ilə iOS
gəlir. iOS-ün Azərbaycandakı bazar payı ötən ilin noyabr ayı ilə
müqayisədə 0,54 faiz azalaraq 8,64 faiz bəndi təşkil edib.
Digər əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı isə
23,78 faiz bəndi olub.

