Çin internet mediasına nəzarəti sərtləşdirib

Baş səhifə

Bakı. Trend:

Çin Xalq Respublikasında internetdə xəbərlərin yayılmasına
dövlət nəzarəti sərtləşdirilib.

Trend bu barədə
xarici KİV-ə istiadən xəbər verir.

Məlumata görə, internetdə xəbərlərin yayılmasının daha yaxşı
tənzimlənməsi, aparıcı KİV-lərin təsirinin artırılması və sağlam
internet mühitinin formalaşdırılması məqsədilə Çinin Kiberməkan
Məsələləri üzrə İdarəsi bu gündən etibarən bir ay davam edəcək
xüsusi kampaniyanı işə salıb.




Kampaniya internet xəbərləri sahəsində informasiya xidmətlərinin
“qanunsuz və qeyri-qanuni fəaliyyəti nəticəsində yaranan xaosun”
qarşısının alınmasına və aradan qaldırılmasına yönəlib.

Çin hakimiyyəti lisenziya olmadan müsahibələrin aparılmasını,
məlumatların toplanmasını, redaktə edilməsini və xəbərlərin dərcini
qadağan edəcək. Həmçinin həddindən artıq şişirdilmiş başlıqlar,
məlumatların kontekstdən çıxarılması və rəsmi mənbələrdən
götürülmüş informasiyanın montaj edilməsi də (konkret hansı
nəticələrə səbəb olacağı açıqlanmasa da) müəyyən cəza tədbirlərinə
səbəb olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir