
Bakı. Trend:
Venesuela Prezidentinin vəzifələrini müvəqqəti icra edən Delsi
Rodriges rəsmi Vaşinqtonu əməkdaşlığa çağırıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, Rodriges bununla bağlı ABŞ Prezidenti
Donald Trampa ünvanlanmış müraciətini dərc edib.
Onun sözlərinə görə, Venesuela sülhə və sülh şəraitində birgə
yaşayışa sadiqliyini təsdiqləyir və ABŞ və region ölkələri ilə
sərbəst və hörmətli beynəlxalq münasibətlərin qurulmasını, suveren
bərabərlik və müdaxilə etməmə prinsiplərinə əsaslanan əlaqələrin
qurulmasını prioritet vəzifəsi kimi görür.
“Prezident Donald Tramp – xalqımız və regionumuz müharibə yox,
məhz sülh və dialoqa layiqdir. Bu, həmişə Prezident Nikolas
Maduronun mövqeyi olub və hazırda bütün Venesuelanın mövqeyidir.
Bu, mənim inandığım Venesueladır, həyatımı həsr etdiyim
Venesueladır”,- deyə o bildirib.

