
Bakı. Trend:
“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun
yarımfinal mərhələsində “Atletiko”ya qarşı keçiriləcək oyunda
iştirak etməyəcək.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, fransız futbolçu yanvarın 8-də
Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutacaq görüşdə meydana
çıxmayacaq.
Buna səbəb hücumçunun zədəli olmasıdır.
Qeyd edək ki, İspaniya Superkubokunun digər yarımfinalında
“Barselona” ilə Bilbao “Atletik”i üz-üzə gələcək. Turnirin final
matçı yanvarın 11-də keçiriləcək.

