Azərbaycan hökumətlərin süni intellektin tətbiqinə hazırlıq indeksində yüksəlib

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə hökumətlərin süni intellektin (AI) tətbiqinə
hazırlıq indeksinə əsasən, Azərbaycan 70-ci pillədə qərarlaşıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, indeksi “Oxford Insights” şirkəti
tərtib edib.

İndeks çərçivəsində ayrı-ayrı kateqoriyalar üzrə Azərbaycana aid
nəticələr belədir:

Siyasət qabiliyyəti – 53.50;

AI İnfrastruktur – 46.21;

İdarəetmə – 50;




İctimai sektorda AI tətbiqi – 66.97;

İnkişaf və yayılma – 34.73;

Dözümlülük – 58.27.

Qeyd edək ki, Türkiyə qlobal reytinqdə 48-ci yer və 58,10 xalla
Cənubi və Mərkəzi Asiya regionunda ikincilik statusunu qoruyub
saxlayır. Azərbaycan isə region üzrə 6-cı pillədə qərarlaşıb.

Gürcüstan 84, Ermənistan isə 108-ci yerdədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir