
Bakı. Trend:
2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş
işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin
olunması və digər zəruri xərclərin maliyyə təminatı üçün 35 milyon
manat məbləğində vəsait nəzərdə tutulub.
Trend-in
məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın
büdcə bələdçisi”ndə öz əksini tapıb.
Bildirilib ki, müdafiə və milli təhlükəsizlik, məhkəmə
hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun
saxlanılması xərcləri üçün 2026-cı ilin dövlət büdcəsi xərclərinin
28,9 faizi həcmində və ya 12 milyard 53,9 milyon manat məbləğində
vəsait nəzərdə tutu-lub. Bu, 2025-ci ilin proqnozu ilə müqayisədə
465,6 milyon manat və ya 4 faiz çoxdur.
Müdafiə və hüquq mühafizə orqanlarında şəxsi heyətin tam
komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının
daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə
müdafiə, hüquq mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili
ilə bağlı tələb olunan vəsait 2026-cı ilin dövlət büdcəsində nəzərə
alınıb.
Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik, məhkəmə
hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri bölmələrindən
maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 490,2 milyon
manat təşkil edəcək.

