
Bakı. Trend:
137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında
iştirakı və uğur qazanan heyətin aylıq vəzifə maaşlarına müəyyən
edilmiş əlavələrin verilməsinə 212,8 milyon manat vəsait
xərclənəcək.
Trend-in
məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın
büdcə bələdçisi”ndə öz əksini tapıb.
Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini
bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd yerlərində
yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının
stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün
nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal
xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən
kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1
milyon manat yönəldiləcək.

