
Bakı.Trend:
2026-cı ilin dövlət büdcəsində elmin maliyyələşdirilməsi üçün
229,5 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2025-ci illə
müqayisədə 9,7 milyon manat və ya 4,1 faiz azdır.
Trend-in
məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın
büdcə bələdçisi”ndə öz əksini tapıb.
Bildirilib ki, elm xərcləri üçün ayrılmış vəsaitin 207,1 milyon
manatı fundamental elm xərclərinin, 22,4 milyon manatı ümumdövlət
xidmətləri üzrə tətbiqi tədqiqatlar ilə bağlı xərclərin payına
düşəcək.

