İqlim dəyişikliyi ilə əlaqəli tədbirlərə bu il 1,3 milyard manat proqnozlaşdırılıb

Baş səhifə

Bakı. Trend:

2026-cı il üzrə iqlim dəyişikliyi ilə əlaqəli “Kənd təsərrüfatı”
və “Ətraf mühitin mühafizəsi” sektorlarının tədbirləri üzrə 1,3
milyard manat proqnozlaşdırılıb.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Vurğulanıb ki, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə
sahəsində həyata keçirdiyi mitiqasiya tədbirləri həm milli enerji
təhlükəsizliyinin gücləndirilməsinə, həm də beynəlxalq iqlim
öhdəliklərinin yerinə yetirilməsinə xidmət edir.




Bildirilib ki, bu tədbirlər nəticəsində ölkənin “yaşıl artım”
modeli üzrə inkişafı sürətləndiriləcək və uzunmüddətli dayanıqlı
iqtisadi transformasiya təmin olunacaq.

Qeyd edilib ki, növbəti iki il ərzində ölkədə 10 günəş və külək
elektrik stansiyasının istismara verilməsi planlaşdırılır.
Beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə həyata keçirilən və
ümumi investisiya dəyəri 2,7 milyard ABŞ dolları olan bu layihələr
nəticəsində bərpaolunan enerji mənbələrinin ümumi enerji
istehsalında payının artırılması nəzərdə tutulur.

Proqnoza görə, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış
enerji gücündə bərpa olunan enerji mənbələrinin payı 33,7 faizə,
2030-cu ildə 38 faizə və 2035-ci ildə isə 42,5 faizə
çatdırılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir