
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində
təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta
ixtisas təhsil müəssisələrinə və ali təhsilin bakalavriat
səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi ilə
bağlı xərclər üçün 21,3 milyon manat ayrılacaq.
Trend-in
məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın
büdcə bələdçisi”ndə öz əksini tapıb.
Belə ki, Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə
təmin edilməsi məqsədilə 39 milyon manat vəsait nəzərdə tutulub.
Universitetdə 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb ixtisası
– 100 nəfər) üzrə 2025/2026-cı tədris ilindən etibarən 4000-dək
tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi
planlaşdırılır

