Bu il onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinə nə qədər vəsait ayrılacaq?

Baş səhifə

Bakı.Trend:

Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və
reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan
tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının
gücləndirilməsinə 118 milyon manat vəsait yönəldiləcək.

Trend-in
məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın
büdcə bələdçisi”ndə öz əksini tapıb.




Belə ki, bu vəsaitin əsas hissəsi Milli Onkologiya Mərkəzinə,
qalan hissəsi isə Azərbaycan Tibb Universitetinin Onkoloji
Klinikasına və Səhiyyə Nazirliyinin onkoloji xəstəxanalarına
(dispanserlərinə) ayrılacaqdır.

Əhalinin ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilməsi,
göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən
əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və
gücləndirilməsi, ölkədə ixtisaslaşdırılmış oftalmoloji yardımın
təşkili məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya
Mərkəzinə 9 milyon manat vəsait ayrılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir