
Bakı. Trend :
Ukrayna prezidenti Volodimir Zelenski Kandanın keçmiş XİN
rəhbəri Kristiya Frilandı özünün ştatdankənar müşaviri təyin
edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə dövlət başçısının saytında
müvafiq sənədin mətni dərc olunub.
“Kristiya Friland Ukrayna Prezidentinin iqtisadi inkişaf
məsələləri üzrə ştatdankənar müşaviri təyin edilsin”,- sənəddə
bildirilir.
Qeyd edək ki, Friland 2017–2019-cu illərdə Kanadanın xarici
işlər naziri vəzifəsini tutub, 2019-2024-cü illərdə Kanadanın baş
nazirinin müavini olub. Onun 2024-cü ilin dekabrında maliyyə naziri
vəzifəsindən qəfil istefası hökümətdaxili çəkişmələrə yol açıb və
nəticədə Kanadanın keçmiş baş naziri Castin Tryudo istefa verdiyini
elan edib.
Friland sərt anti-Rusiya mövqeyi ilə tanınır.

