Energetika naziri Masallıda vətəndaşları qəbul edəcək

Baş səhifə

Bakı.Trend:

Energetika naziri Pərviz Şahbazov 2026-cı il yanvarın 23-də
Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonlarından
olan vətəndaşları qəbul edəcək.

Trend xəbər
verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.




Bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Masallı rayon
Heydər Əliyev Mərkəzində (ünvan: AZ4400, Masallı şəhəri, Qarabağ
küçəsi 17) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün
Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar
Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri
(əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected]
elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə
Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov;
əlaqə telefonları: (+99425) 254-81-20, (050) 305-51-67, elektron
poçt ünvanı: [email protected])
vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin
www.minenergy.gov.az
internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi
vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir