Ağstafada 5 üzvü ölən ailənin evi yanıb, araşdırma aparılır

Baş səhifə

Ağstafada yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qırılı kəndində Sahil İsmayılova məxsus evdə qeydə alınıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı ölüb. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.

Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış kecirib. Hazırda yanğının səbəbləri araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir