Zelenski təhlükəsizlik xidmətinə yeni rəhbər təyin edib

Baş səhifə

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Yevgeniy Xmaranı Ukrayna
Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Xmara bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin “A” xüsusi
əməliyyat mərkəzinin rəisi vəzifəsində çalışıb.




Qeyd edilir ki, Vasili Malyuk Ukraynanın Təhlükəsizlik
Xidmətinin (SBU) rəhbəri vəzifəsindən istefa verdiyini
açıqlayıb.

O, quruma 2022-ci ilin iyul ayından rəhbərlik edirdi.

“Xidmətin rəhbəri vəzifəsindən gedirəm. Amma SBU sistemində
qalaraq, düşmənə maksimum zərər vuracaq dünya səviyyəli asimmetrik
xüsusi əməliyyatları həyata keçirməyə davam edəcəyəm”,- deyə o
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir