
Bakı. Trend:
“Mançester Yunayted” Ruben Amorimi istefaya göndərib.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, “Mançester Yunayted” klubunun baş
məşqçisi Ruben Amorim “Old Trafford”da artan gərginlik fonunda
vəzifəsindən azad edilib.
Klub rəhbərliyi hələlik mövsümün qalan hissəsi üçün müvəqqəti
məşqçi və yayda daimi baş məşqçi ilə bağlı qərar verməyib.
Qeyd edək ki, Amorim klubda baş məşqçi kimi14 ay idi fəaliyyət
göstərirdi.

