“Qəbələ” seneqallı futbolçunu transfer etdi

Baş səhifə

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.

Modern.az xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalanıb.

Onun son klubu “Panevejis” (Litva) olub. Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının şərəfini qoruyub.

Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir