Prezident İlham Əliyev: Dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur, güc var, əməkdaşlıq var, müttəfiqlik var

Baş səhifə

Bakı. Trend:

Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk
növbədə öz hərbi potensialını, təhlükəsizliyini
gücləndirməlidir.

Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində bildirib.

Türk Dövlətləri Təşkilatının Qəbələdəki Zirvə Görüşündə
Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi
təklifini xatırladan dövlətimizin başçısı deyib: “Hesab edirəm ki,
buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi
təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər
ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük
rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna
ehtiyac var”.

Prezident İlham Əliyev qeyd edib ki, bugünkü dünyada beynəlxalq
hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var,
əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir