Prezident İlham Əliyev: Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı

Baş səhifə

Bakı. Trend:

Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji
qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri
açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti
artacaq və qiymət kəllə-çarxa çıxdı.

Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində deyib.

Bu qərarın Azərbaycana çoxlu gəlir gətirdiyini vurğulayan
dövlətimizin başçısı qeyd edib: “Qızıl ehtiyatlarımızı artıraraq
Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq
vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki,
bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim
ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83
milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada
adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə
olan ən yüksək göstəricilərdən biridir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir