Prezident İlham Əliyev: Bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb

Baş səhifə

Bakı. Trend:

Zənnimcə, bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz həm
siyasi, həm də xarakterli çox böyük layları yerindən oynadıb. Yəqin
ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç
kimə müyəssər olmayıb.

Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib: “Ümidvaram ki, bu gün hələ də
döyüşən tərəflər anlayacaqlar ki, müharibə bir ölkə və yaxud
insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə
deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə sülhdür. Amma sülh
olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə
fəaliyyətimizi davam etdirəcəyik”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir