Prezident İlham Əliyev: Biz BMT Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində yaşayırıq, ona görə də güclü olmalıyıq

Baş səhifə

Bakı. Trend:

Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki
olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk
qurbanlarından biri olmuşdur.

Trend xəbər verir ki, bu
fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli
televiziya kanallarına müsahibəsində bildirib.

BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan
ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin 27 il
ərzində kağız üzərində qaldığını deyən dövlətimizin başçısı
vurğulayıb ki, əgər biz öz torpaqlarımızı güc yolu ilə azad
etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı.

İkinci Qarabağ müharibəsindən ötən beş ildə yeni reallıqların
bütün dünya, beynəlxalq ictimaiyyət, o cümlədən aparıcı ölkələr və
nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu
xatırladan Azərbaycan Prezidenti qeyd edib: “Biz kağız – BMT
Nizamnaməsi üzərində olan dünyada yaşamırıq, torpaq üzərində
yaşayırıq. Ona görə də, güclü olmalıyıq, biz də bunu etməyə
çalışırıq. Mən hər bir ölkəyə bunu tövsiyə edirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir