Prezident İlham Əliyev: Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev yerli televiziya kanallarına
müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda
Azərbaycanın iştirakı ilə bağlı yayılan məlumatlara da münasibət
bildirib.

Trend xəbər verir ki,
dövlətimizin başçısı bu məsələdə kimin mandat verəcəyi və onun necə
olacağının indiyədək aydın olmadığını qeyd edərək, Azərbaycanın
“peace enforcement” əməliyyatlarında iştirak etməyi nəzərdə
tutmadığını vurğulayıb.

“Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək
mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur”, – deyən
dövlətimizin başçısı bildirib ki, biz kiminsə naminə
azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində
deyilik. “Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə
buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə
bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin
də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının
hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün
ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm
Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə
Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib.
Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də
Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim
həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb
dövlətlərinin özləri həll etməlidir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir