“Sabah” avrokuboklarda ilk qolunun müəllifi ilə yollarını ayırıb

Baş səhifə

Bakı. Trend:

“Sabah” müdafiəçi Boyan Letiçlə yollarını ayırıb.

Trend-in kluba
istinadən məlumatına görə, futbolçu ilə müqaviləyə qarşılıqlı
razılıq əsasında xitam verilib.

Boyan Letiç 2022-ci ilin fevralından “Sabah”ın üzvü idi. O,
klubun heyətində ümumilikdə 125 oyun keçirib.




Letiç “Sabah”ın tarixində önəmli rol oynamış futbolçulardandır.
33 yaşlı müdafiəçi komandanın tarixi ərzində ən çox oyun keçirmiş
ikinci oyunçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk
qolunun müəllifidir.

Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc
medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir