Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda
bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək
əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edək ki, dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ
dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20
km/saat endirilmişdi.

XXX




01:56

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar
olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət
həddi 20 km/saat endirilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat
yayıb.

“Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin
əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik
edilib. Eyni zamanda bütün tablolarda “dumanlı hava” işarəsi
qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri
xahiş edilir”, – deyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən
bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir