Türkiyədə FETÖ əməliyyatları – 223 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Türkiyədə son 20 gündə hüquq mühafizə orqanları tərəfindən FETÖ
terrorçu qruplaşmasına qarşı aparılan əməliyyatlarda 223 nəfər
şübhəli şəxs qismində saxlanılıb.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi
“X” səhifəsində məlumat paylaşıb.




“FETÖ-nün “gizli strukturlar”ı daxilində fəaliyyət göstərən,
FETÖ-nün şifrəli rabitə proqramı olan “ByLock”dan istifadə edən,
taksafonlar vasitəsilə təşkilat daxilindəki şəxslərlə əlaqəni davam
etdirən, təşkilata bağlı kiçik sahibkarlar vasitəsilə maddi dəstəyi
təmin edən 223 şübhəli saxlanılıb”, – deyə nazir bildirib.

Saxlanılan şəxslərdən 87-si barəsində həbs qətimkan tədbiri
seçilib, 50 nəfər ölkəni tərk etməmək haqda yazılı iltizamnamənin
alınmasından sonra sərbəst buraxılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir