AEM-nin mütəxəssisi dərman vasitələrinin dövlət qeydiyyatının əsas şərtlərini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Dərman vasitələrinin idxalı zamanı əsas məqsəd əhalinin
sağlamlığının qorunması, ölkəyə gətirilən dərman vasitələrinin
keyfiyyətli, təhlükəsiz və effektiv olmasının təmin edilməsidir.
Məhz bu prinsiplərə əsasən, müəyyən hallarda dərman vasitələrinin
ölkə ərazisinə idxalına icazə verilməsindən imtina edilir.

Trend xəbər
verir ki, bunu “Sağlam radio”nun “Sağlam səhər” efirində Səhiyyə
Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin
idxal-ixrac şöbəsinin müdir müavini Şirin Şahbazov açıqlayıb.

Onun sözlərinə görə, dərman vasitəsinin dövlət qeydiyyatı
olmadığı hallarda, yəni həmin dərman Azərbaycan Respublikasının
dövlət reyestrində yer almadıqda və ya idxala icazə verilənədək
dövlət qeydiyyatının qüvvədə olma müddəti bitdikdə
(qanunvericilikdə nəzərdə tutulmuş xüsusi hallar istisna olmaqla),
bu dərman vasitələrinin ölkəyə idxalına icazə verilmir:




“Dövlət qeydiyyatı dərman vasitəsinin təhlükəsizliyi, keyfiyyəti
və istifadəsinin məqsədəuyğunluğu ilə bağlı ilkin və əsas şərt
hesab olunur. Eyni zamanda, idxal ilə bağlı Mərkəzə təqdim edilən
sənədlərdə hansısa uyğunsuzluq aşkar edilərsə, yəni idxal üçün
təqdim olunan məlumatlar dərman vasitəsinin dövlət qeydiyyatı ilə
bağlı rəsmi sənədlərdə yer alan məlumatlarla üst-üstə düşmürsə,
sənədlər arasında fərq, ziddiyyət və ya qeyri-dəqiqlik mövcuddursa,
bu da idxala icazənin verilməməsi üçün əsas sayılır. Bundan əlavə,
dərman vasitəsi ilə bağlı geri çağırma (recall) tədbirləri tətbiq
edilibsə və həmin dərmanın idxalının dayandırılması barədə müvafiq
qərar qüvvədədirsə, yəni təhlükəsizlik, keyfiyyət və ya digər ciddi
səbəblərlə dərmanın dövriyyəsi müvəqqəti və ya tam şəkildə
məhdudlaşdırılıbsa, belə dərman vasitələrinin də idxalına icazənin
verilməsindən imtina edilir”.

Ş.Şahbazov bildirib ki, həmçinin, idxal zamanı dərman vasitələri
ilə bağlı aparılan ekspertizanın (eləcə də sadələşdirilmiş
ekspertizanın) nəticələri mənfi olduqda və bu dərman vasitəsinin
müəyyən edilmiş tələblərə cavab vermədiyi aşkar olunduqda, bu
dərman vasitələrinin ölkəyə idxalına icazə verilmir:

“Ümumilikdə qeyd etmək olar ki, dərman vasitələrinin idxalına
icazədən imtina halları birbaşa olaraq əhalinin sağlamlığının
qorunmasına, ölkənin dərman vasitələri ilə təminatında keyfiyyətsiz
və riskli məhsulların qarşısının alınmasına və dərman dövriyyəsində
qanunvericiliyin tələblərinə ciddi əməl olunmasına xidmət
edir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir