Azərbaycanda banklara kapitalını Bazel III standartlarına uyğunlaşdırmaq üçün 1 il vaxt verilib

Baş səhifə

Bakı. Trend:

“2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf
Strategiyası”ndan irəli gələrək bank sektorunda maliyyə
dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə
standartlarına uyğunluğun artırılması məqsədilə Azərbaycan
Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 dekabr 2025-ci il
tarixli qərarı ilə “Bank kapitalının və onun adekvatlığının
hesablanması Qaydaları”nda dəyişikliklər edilib.

Trend Mərkəzi
Banka istinadən xəbər verir ki, sözügedən dəyişikliklərlə bank
kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital
buferləri və bir sıra digər tələblər və tənzimləmələr Bazel III
standartlarına uyğunlaşdırılıb.

Dəyişikliklərə əsasən, yeni kapital buferlərinin tətbiqi
bankların mümkün itkilərə qarşı dayanıqlılığını artırmaqla
risklərin daha düzgün qiymətləndirilməsinə və bank kapitalının
keyfiyyətinin yüksəldilməsinə, habelə iqtisadiyyatın dayanıqlı
maliyyələşdirilməsi proseslərinin əlavə dəstəklənməsinə şərait
yaradacaqdır.

Eyni zamanda, kapital tələblərinin Bazel III standartlarına
uyğunlaşmadırılması prosesinin başa çatdırılması prudensial
siyasətin və nəzarət çərçivəsinin güclənməsini təmin etməklə
yanaşı, bank sektorunun beynəlxalq investorlar üçün cəlbediciliyinə
müsbət töhfə vermiş olacaqdır.




Yeni kapital strukturuna adaptasiyası, bankdaxili qayda və
prosedurlarının yeni requlyativ tələblərə uyğunlaşdırılması, eləcə
də sektorda zəruri təlimlərin keçirilməsi və yeni yanaşmaların
prudensial hesabatlığa inteqrasiyası üçün banklara 1 illik keçid
dövrü verilib. Belə ki, yeni tələblərə 01.01.2027-ci il tarixindən
etibarən tam riayət olunması banklardan tələb ediləcəkdir.

Qeyd olunan müvafiq dəyişiklikləri aşağıdakı link üzərindən
nəzərdən keçirmək mümkündür:

https://e-qanun.az/framework/61125

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir