Dərman idxalı üçün ekspertizanın müddəti açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının “Dərman vasitələri” haqqında
qanunvericiliyinə əsasən, dərman vasitələrinin idxalına dair daxil
olmuş bütün müraciətlər qanunvericilikdə müəyyən edilmiş qaydalar
çərçivəsində cavablandırılır.

Trend xəbər
verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman
vasitələrinin idxal-ixrac şöbəsinin müdir müavini Şirin Şahbazov
açıqlayıb.

Onun sözlərinə görə, standart qaydalara əsasən dövlət
qeydiyyatına alınmış dərman vasitələrinin idxalına dair müraciətlər
23 iş günü müddətində baxılır:




“Bu müddət, ölkə ərazisinə idxalı nəzərdə tutulan dərman
vasitələrinin idxal ekspertizasının aparılması üçün müəyyən edilmiş
normativ tələblər əsasında müəyyən olunur. Eyni zamanda,
sadələşdirilmiş qaydada, yəni beynəlxalq qeydiyyatı tanınmaqla
dövlət qeydiyyatına alınmış dərman vasitələrinin idxalı ilə bağlı
müraciətləri üçün cavab müddəti daha qısa – 13 iş günü təşkil edir.
Bu, idxal prosesi zamanı ərizəçilər üçün prosedurun
sürətləndirilməsi və beynəlxalq təcrübələrin nəzərə alınması
məqsədini daşıyır”.

Ş.Şahbazov qeyd edib ki, göstərilən müddətlər, idxal üçün təqdim
olunmuş sənədlərin ekspertizası və idxal ediləcək dərman
vasitələrindən partiyalar üzrə götürülmüş nümunələrin
ekspertizasının xüsusiyyətlərinə əsasən dəyişə bilər:

“Burada göstərilən gün sayları maksimal müddəti əks etdirir.
Praktiki olaraq isə, dərman vasitələrinin ekspertiza nəticələri
tamamlandıqdan növbəti iş günü ərzində, Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun olaraq
Qurum (AEM) növbəti iş günü ərzində dərman vasitələrinin idxalına
icazəni verir. Və ya əgər müvafiq hallar mövcuddursa, idxala
icazənin verilməsindən imtina barədə qərar qəbul edərək, ərizəçiyə
rəsmi qaydada təqdim edir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir