
Bakı. Trend:
Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan “Turan Tovuz”un
yoxlama oyunlarındakı rəqibləri bəlli olub.
Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yanvarın 10-da “Turan Tovuz” Rumıniya təmsilçisi “Hermanştadt”la
qarşılaşacaq. Yanvarın 17-də keçiriləcək ikinci oyunda isə
rəqibimiz Polşa təmsilçisi “Poqon” olacaq.
Oyunların başlama saatı ilə bağlı hələlik məlumat
verilməyib.
Qeyd edək ki, Tovuz təmsilçisi yanvarın 18-dək məşqlərini
Antalyada davam etdirəcək.

