
Bakı. Trend:
2025-ci il ərzində qarşısı alınan erkən nikahların sayı məlum
olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın, Uşaq
Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən il ümumilikdə Dövlət Komitəsi və Dövlət
Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri
tərəfindən 60 erkən evlilik halı ilə araşdırmalar aparılıb.
Aidiyyəti qurumlarla birgə 41 erkən evlilik halının qarşısı
alınıb, 12 fakt isə təsdiqini tapmayıb.

