
Bakı.Trend:
Yanvarın 6-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi
(RETSİ) ərazisində 6 kV-luq kabel hava xəttində təmir işləri
aparılacaq.
Trend xəbər
verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 14:00-dan saat
15:30-dək Kənd Xırdalan, Əzizbəyov, M. Ə. Rəsulzadə küçələri,
Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

