Həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Baş səhifə

Bakı. Trend:

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən Seyidrəsul
Talıbzadənin cinayət işi üzrə sonuncu məhkəmə prosesi
keçirilib.

Trend xəbər
verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsə 11 il müddətə azadlıqdan
məhrum etmə cəzası verilib.




Qeyd edək ki, hadisə Sabirabad rayonunda baş verib.
Təqsirləndirilən Seyidrəsul Talıbzadə aralarında yaranmış münaqişə
zəmnində Nuranə Ələkbərovanı qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi
ilə ittiham irəli sürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir