Rusiya Azərbaycandan qeyri-neft məhsullarının idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar- noyabr aylarında Azərbaycandan Rusiyaya
1,079 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac
olunub.

Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

İnformasiyaya görə, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 11 milyon ABŞ dolları və ya 1 faiz çoxdur.

2025-ci ilin11 ayı ərzində Rusiyaya ixrac olunan qeyri-neft
məhsullarının Azərbaycanın ümumi ixracatındakı payı 32,52 faiz
təşkil edib.




Beləliklə, hesabat dövrü ərzində Rusiya Azərbaycandan ən çox
qeyri-neft məhsulları alan ölkələr arasında birinci yeri tutub.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan
xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində
ticarət əməliyyatları həyata keçirmişdir. Bu, keçən ilin eyni dövrü
ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il
ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə
2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir