Türkiyənin görünməyən qəhrəmanları: MİT 99 yaşını qeyd edir – İbrahim Kalın

Baş səhifə

Bakı. Trend:

Bu gün Milli İstihbarat Təşkilatımız (Milli Kəşfiyyat Təşkilatı
– MİT) yaranmasının 99-cu ildönümüdür. Ölkəmizin və millətimizin
təhlükəsizliyi və əmin-amanlığı üçün gecə-gündüz çalışan və “Vətən
məsələsi söz mövzusudursa, bütün dünya bizim üçün vətən cəbhəsidir”
deyən Təşkilatımız fəaliyyətlərini yüzillik dövlət düşüncəsi və
mədəniyyət yaddaşı ilə həyata keçirir, dövrün tələblərinə və
ehtiyaclarına uyğun olaraq özünü daim yeniləyir.

Trend xəbər verir
ki, bunu MİT rəhbəri İbrahim Kalın “Milli İstihbarat Təşkilatı 99
yaşında – Türkiyə Əsrində daha təhlükəsiz və daha güclü Türkiyə”
başlıqlı məqaləsində bildirib.

İbrahim Kalın məqalədə təşkilatın həyata keçirdiyi fəaliyyətləri
və qarşıya qoyduğu hədəfləri qələmə alıb.




Kalın bildirib ki, terrordan azad Türkiyə hədəfi özünəməxsus və
innovativ transformasiya layihəsidir. O qeyd edib ki, yeni dövr
strateji düşüncə ilə inşa edilən “Türkiyə Əsri”nin ən böyük
nailiyyətlərindən biri olacaq.

“Mövcud beynəlxalq sistem eyni vaxtda baş verən geosiyasi və
hibrid böhranlar qarşısında ciddi sınaqdan uğursuz çıxır. Qlobal
təhlükəsizliyi təhdid edən proseslərə ədalətli və dayanıqlı həll
yolları tapmaqda çətinlik çəkən hazırkı struktur, qaydalara
əsaslanan çoxtərəfli mexanizmlərin zəiflədiyi və maraq yönümlü
yanaşmaların üstünlük qazandığı bir dönüş nöqtəsindən keçir. Qərb
mərkəzli paradiqma sual altına alınarkən, Qlobal Cənubu da əhatə
edən yeni axtarışlar yeni bir paradiqmanın formalaşmasına yol
açır.

Mövcud sistemin yetərsiz qaldığı, lakin onu əvəz edə biləcək
alternativ bir dünyanın hələ tam formalaşmadığı bu tarixi qırılma
mərhələsində hər bir dövlət yeni dövrə üstün mövqedə daxil olmaq
üçün böyük səylər göstərir. Tükiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın “Türkiyə Əsri” baxışı çərçivəsində ölkəmiz də çoxşaxəli
və balanslaşdırılmış xarici siyasət strategiyası, eləcə də hər gün
inkişaf edən kəşfiyyat imkanları ilə bu yeni mərhələyə təkcə
regional aktor kimi deyil, eyni zamanda uzaq coğrafiyalardakı
böhranlara müdaxilə edə bilən, həll yolları təklif edən, ədalət və
həmrəyliyi əsas götürən qlobal tərəfdaş kimi daxil olur”, – deyə
İbrahim Kalın vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir