Macarıstan Avropa İttifaqını tərk etməyəcək – Orban

Baş səhifə

Bakı. Trend:

Macarıstan Avropa İttifaqını tərk etməyəcək, Avropa İttifaqı özü
parçalanacaq .

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban
bildirib.

Orban Macarıstanın Aİ-dən çıxmaq ehtimalını rədd edib və bunun
üçün məntiqi əsasın olmadığını qeyd edib.




“Aİ üzvlüyü vacib bir fürsətdir, amma əgər biz təkcə bu blokda
ilişib qalsaq, vəziyyət ürəyaçan olmayacaq . Amerika, Rusiya, Çin,
Ərəb dünyası və Türk dünyası da daxil olmaqla, bütün bloklarla ən
yaxşı münasibətlər qurmaq məntiqlidir”,- deyə Orban əlavə edib.

O vurğulayıb ki, Macarıstanın gələcəyi blok və NATO
çərçivəsindədir lakin bunun üçün suveren xarici siyasət və iqtisadi
siyasət yürüdülməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir